Tərəfdaşımız
Tərəfdaşlıq tarixi
Philip Morris International (PMI) ilə əməkdaşlığın tarixi 2024-cü ildə başlayıb. Distribyutorluq müqaviləsi rəsmi olaraq fevralın 23-də imzalanıb və PMI-nin innovativ məhsullarını bazarımıza gətirməkdə irəliyə doğru mühüm addım olub.
Bu əməkdaşlığın bir hissəsi olaraq biz yetkinlik yaşına çatmış siqaret istifadəçilərinə yeni, tüstüsüz alternativ təklif edərək, 20 iyun tarixində inqilabi IQOS məhsulunu uğurla istifadəyə verdik. Bu tarixdə biz Bravo Babək və Bravo Koroğluda ilk IQOS pərakəndə satış mağazalarımızı açdıq. Qısa müddətdə digər əlçatan yerlərdə də şirkətin pərakəndə satış məntəqələri açıldı. Və nəhayət, sentyabrın 13-də şəhərin mərkəzində IQOS butiki açıldı. Bu tərəfdaşlıq qabaqcıl məhsullar təqdim etmək və müştəri təcrübələrini artırmaq öhdəliyimizi əks etdirir. PMI ilə əməkdaşlığımızı genişləndirməyə və dəyərli müştərilərimizə yüksək səviyyəli həllər təqdim etməyə bundan sonra da davam edəcəyik.

Komandamıza Qoşulun!
Prime Light MMC-də dinamik komandamıza qoşulmaq üçün həmişə istedadlı peşəkarları axtarırıq. Maraqlı karyera imkanlarını ilə tanış olun və innovasiyaya, əməkdaşlığa və böyüməyə dəyər verən şirkətin bir hissəsi olun.
Mövcud vakansiyalarımızı yoxlayın və karyeranızda növbəti addımı bizimlə atın!
Mövcud vakansiyalar