Biz Azərbaycanda Philip Morris International (PMI) siqaretsiz məhsul portfelinin eksklüziv distribyutoruyuq.

Keyfiyyət, yenilik və müştəri məmnuniyyətinə diqqət yetirərək, tərəfdaşlarımıza və müştərilərimizə istisna xidmət və dəstək təqdim etməyə sadiqik.

Fəxriyar Cabbarov, Baş İcraçı Direktor

Özəl və dövlət sektorlarında, eləcə də beynəlxalq maliyyə institutlarında uğurlu idarəetmə təcrübəsinə malik peşəkardır.

2000-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr dərəcəsini, 2003-cü ildə York Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr dərəcəsini alıb. Bundan əlavə, 2014-cü ildə London Biznes Məktəbində Strateji İdarəetmə təhsilini uğurla bitirib.

2001-2024-cü illərdə Fəxriyar Cabbarov dövlət qurumlarında və özəl sektorda aparıcı vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə Dünya Bankında Özəl Sektorun İnkişafı üzrə Müşavir, Synergy Group ASC-nin İdarə Heyətinin Sədrinin Birinci Müavini, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində rəhbər vəzifələrdə çalışıb.

Yunis Məmmədli, Baş İcraçı Direktorun Müavini

10 ildən artıq peşəkar təcrübəyə malik olan Yunis Məmmədli, bankçılıq, maliyyə və audit sahələri üzrə çalışmışdır.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, 2015-ci ildə isə Maliyyə Nəzarəti və Audit ixtisası üzrə magistr dərəcəsini almışdır.

Təhsilin davamı olaraq 2017-ci ildə ACCA (the Association of Chartered Certified Accountants) sertifikasiyası üzrə bütün mərhələləri bitirərək üzvlük almışdır. 2018-ci ildə Daxili Auditorlar İnstitutunun CIA (Certified Internal Auditor), 2019-cu ildə isə Association of Certified Fraud Examiners qurumunun CFE (Certified Fraud Examiner) sertifikatlarını əldə etmişdir.

Peşəkar fəaliyyətinə 2013-cü ildə başlayıb və müxtəlif illərdə Pasha Life, Neqsol Holdinq və diqər şirkətlərdə aparıcı vəzifələri icra edib.

Elvin Məmmədov, Baş Kommersiya İnzibatçısı

Satış, marketinq və kommersiya idarəçiliyi sahələrində 15 ildən artıq təcrübəyə malikdir. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışaraq satışın artırılması, yeni biznes imkanlarının yaradılması, marketinq strategiyalarının formalaşdırılması və komandaların inkişafı istiqamətində uğurlu nəticələr əldə etmişdir.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsini əldə etmişdir.

Hazırda şirkətin kommersiya blokuna rəhbərlik edir, Satış və Marketinq fəaliyyətlərinin effektiv idarə olunmasını təmin edir. Onun əsas fəaliyyət istiqamətləri şirkətin bazar mövqeyinin gücləndirilməsi, gəlirliliyin artırılması və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsidir.

Xəyyam Osmanov, Baş Əməliyyat İnzibatçısı

Logistika, təchizat zəncirinin idarə edilməsi, distribusiya və satış əməliyyatları sahələrində 10 ildən artıq peşəkar təcrübəyə malikdir.

2012-ci ildə Azərbaycan Texniki Universitetində Nəqliyyatın Təşkili və Yerüstü Nəqliyyat Mühəndisliyi ixtisası üzrə bakalavr, 2022-ci ildə isə həmin universitetdə Nəqliyyatın Təşkili və İdarəedilməsi Mühəndisliyi ixtisası üzrə magistr dərəcəsini əldə etmişdir.

Peşəkar fəaliyyətinə 2013-cü ildə başlamış və müxtəlif illərdə neft-qaz, FMCG və pərakəndə satış sahələrində aparıcı vəzifələrdə çalışmışdır. Karyerası ərzində logistika, nəqliyyat, anbar idarəetməsi, distribusiya və təchizat zəncirinin idarə olunması proseslərinə rəhbərlik etmişdir.

2024-cü ilin avqust ayından etibarən Prime Light MMC şirkətində Təchizat Zənciri üzrə Rəhbər vəzifəsində fəaliyyətə başlamış, 2025-ci ilin dekabr ayından isə Baş Əməliyyat İnzibatçısı vəzifəsinə təyin olunmuşdur.

Hazırda şirkətdə satış planlaşdırılması, tələbatın proqnozlaşdırılması, satınalma, anbar və distribusiya əməliyyatları, inzibati proseslərin idarə olunması, eləcə də məlumat analitikası və müştəri məlumatlarının idarə edilməsi sahələrinə rəhbərlik edir.