Tərəfdaşlıq tarixi
Philip Morris International (PMI) ilə strateji tərəfdaşlığımız tarixi 2024-cü ildə başlayıb. Distribyutorluq müqaviləsi rəsmi olaraq 2024-cü ilin fevralın 23-də imzalanıb və PMI-nin innovativ məhsullarını bazarımıza gətirməklə irəliyə doğru mühüm addım atılıb.
Bu əməkdaşlığın bir hissəsi olaraq biz yetkin siqaret istifadəçilərinə yeni, tüstüsüz alternativ təklif edərək, 20 iyun 2024-cü iltarixində inqilabi IQOS məhsulunu uğurla istifadəyə verdik. Bu tarixdə biz Bravo Babək və Bravo Koroğluda ilk IQOS pərakəndə satış mağazalarımızı açdıq. Qısa müddətdə digər əlçatan yerlərdə də şirkətin pərakəndə satış məntəqələri istifadəyə verildi. Və nəhayət, 2024-cü ilin sentyabrın 13- də şəhərin mərkəzində flaqman mağazamız olan IQOS butiki açıldı. Bu tərəfdaşlıq qabaqcıl məhsullar təqdim etmək və müştəri təcrübələrini artırmaq öhdəliyimizi əks etdirir. PMI ilə əməkdaşlığımızı genişləndirməyə və dəyərli müştərilərimizə yüksək səviyyəli xidmət göstərməyə davam edəcəyik.
Philip Morris International (PMI) haqqında
Philip Morris International (PMI) tütün və tüstüsüz məhsul sənayesində qlobal liderdir və ənənəvi siqaretə innovativ və daha az riskli alternativlər təqdim etmək öhdəliyini götürmüşdür. 180-dən çox bazarda fəaliyyət göstərən PMI, qabaqcıl tədqiqat və texnologiya ilə dəstəklənən yüksək keyfiyyətli məhsullar təklif edərək, tüstüsüz gələcəyə keçidin ön sıralarındadır.
PMI-nin Tüstüsüz Vizyonu
PMI siqaret istifadəçilərinə elmi cəhətdən əsaslandırılmış alternativlərə keçmək məqsədi ilə riski azaldılmış məhsulların (RRP) inkişafında liderlik edir. Tədqiqat və inkişafa əhəmiyyətli sərmayələr vasitəsilə - bu günə qədər 10 milyard dollardan çox - PMI siqaretlə müqaisədə zərəri əhəmiyyətli dərəcədə azaltmaq potensialına malik olan IQOS kimi innovativ məhsullarla əvəz etməyi hədəfləyir.
Tüstüsüz Gələcək üçün Tərəfdaşlıq
PMI ilə əməkdaşlığımız məhsulların distribusiyasından daha çoxdur - bu, tüstüsüz gələcəyə doğru hərəkatın bir hissəsi olmaqdır. Səylərimizlə biz PMI-nin qlobal miqyasda ictimai sağlamlığı yaxşılaşdırmaq vizyonunu dəstəkləyərkən yetkin siqaret istifadəçilərə daha yaxşı alternativlərə çıxış imkanı verməkdə rol oynamaqdan qürur duyuruq.