İntuitiv kolleksiya
Kaspinin axıcı ruhundan və yerli çayların, bulaqların bitməz axınından doğulan bu limitli kolleksiya suyu həyatın və intuissiyanın başlanğıcı kimi təqdim edir. Hər bir aksesuar hərəkəti, əlaqəni və inkişafı əks etdirir — suyun heç vaxt sabit qalmadığını xatırladır. Su uyğunlaşır, dəyişir və hekayələri mədəniyyətlər arasında daşıyır.
İnnovativ kolleksiya
Xalçaçılıq sənətindən ilhamlanan bu kolleksiya əlaqə və yaradıcılıq vasitəsilə baş verən transformasiyanı əks etdirir. Xalçalar yalnız məkanı isitməyən bir element deyil — onlar hekayələrin qovuşduğu, baxışların birləşdiyi və yeniliklərin yarandığı toplanma məkanına çevrilir.
İxtiraçı kolleksiya
Nəfəsin yüngüllüyü və havanın sərhədsiz hərəkətindən ilhamlanan bu kolleksiya azadlığı, ilhamı və yeni imkanları əks etdirir. Hər bir detal görünməyən, amma həmişə hiss olunan incə ritmi — hərəkətin və emosiyanın axınını çatdırır. Hava sərhədləri aşır, ideyaları daşıyır və yeni baxışlar açır.
İntellektual kolleksiya
Toru təmsil edən simvolizmə əsaslanan bu kolleksiya əsas, yaddaş və biliyi özündə birləşdirir. Nar — yerli mədəniyyətin əbədi simvollarından biri — müdrikliyi, bolluğu və davamlılığı ifadə edir. Hər bir dənə ayrı bir hekayəni, birlikdə isə əsrlər boyunca formalaşmış kollektiv intellekti əks etdirir.