11 iyun 2026-cı il tarixində, Bakı şəhərində AmCham Azərbaycanın və Philip Morris International (PMI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Dayanıqlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusu üzə PMI-ın TECHNOVATION beynəlxalq tədbiri baş tutmuşdur. Tədbir dövlət və özəl şirkətlərin rəhbər şəxsləri, həmçinin beynəlxalq və yerli media nümayəndələri daxil olmaqla 180 nəfərdən çox iştirakçını bir araya gətirərək, qeyri- neft və qaz sektorunun inkişaf etdirilməsi ilə milli iqtisadiyyatın diversifikasiyası və dayanıqlı inkişaf və zərər azaldılması istiqamətində korporativ transformasiya barəsində dövlət və özəl şirkət rəhbərlərinin, habelə PMI nümayəndələrinin çıxışları ilə yadda qalmışdır.
Tədbir çərçivəsində PMI nümayəndələri tütün məmulatlarından istifadə çərçivəsində zərər azaldılması istiqamətində son illər əldə olunan elmi və texnoloji yeniliklərdən bəhs etmiş və ənənəvi siqaret çəkilməsinə alternativ olan məhsulların təkmilləşdirilməsi ilə şirkətin bu yolda qazandığı naliyyətləri auditoriyanın nəzərinə çatdırmışlar.
Tədbirdə PMI-ın Azərbaycandakı eksklusiv distributoru olan Prime Light şirkətinin nümayəndələri də iştirak etmişdir.