“1 iyul 2026-cı il tarixində Prime Light şirkətinin II Əməliyyat İlinin yekunlarına həsr olunmuş tədbiri keçirildi.
Tədbir çərçivəsində ötən əməliyyat ili ərzində əldə olunan nəticələr və əsas uğurlar təqdim olundu, komandamızın göstərdiyi yüksək performans dəyərləndirildi, eyni zamanda qarşıdakı dövr üçün strateji prioritetlər və hədəflər müəyyən edildi.
Prime Light olaraq inanırıq ki, davamlı inkişafın əsasını peşəkar komanda, güclü tərəfdaşlıq və ortaq məqsədlərə sadiqlik təşkil edir. Philip Morris International-ın Azərbaycandakı rəsmi tərəfdaşı kimi, fəaliyyətimizi ən yüksək keyfiyyət standartlarına uyğun şəkildə davam etdirərək, innovativ həllər təqdim etməyə və dayanıqlı inkişafı dəstəkləməyə sadiqik. Əldə etdiyimiz uğurların davamlı olacağına inanır və qarşıdakı əməliyyat ilində daha böyük nailiyyətlərə imza atmağı hədəfləyirik.”