24 iyun 2026-cı il tarixində Mərakeşin paytaxtı Rabat şəhərində Philip Morris International (PMI) şirkətinin təşkilatçılığı ilə növbəti Technovation tədbiri baş tutmuşdur. Tədbir çərçivəsində PMI-ın vitse-prezidenti öz təqdimatında tüstüsüz tütün məmulatlarının ənənəvi siqaretlərlə müqayisədə fərqlərindən danışaraq tütün məhsullarının zərərinin azaldılması (harm reduction) istiqamətindəki yanaşmalardan söz açmışdır. O, həmçinin, bildirib ki, bu yanaşma BMT-nin və ÜST-ün sənədlərində və hesabatlarında da öz əksini taparaq, beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Həmçinin, tədbir çərçivəsidə təşkil olunan panel müzakirələrdə regionun aparıcı elm xadimləri və PMI nümayəndələri nikotinin özlüyündə əslində kanserogen maddə olmamasına diqqət çəkiblər. Bildirilib ki, nikotin asılılıq yaradan maddə olsa da, onun siqaret çəkilməsi yolu ilə (yəni, yandırıldığı zaman) qəbulu zamanı kanserogen maddələr yaranır və bu, xərçəng xəstəliyə səbəb ola bilir. Lakin, nikotinin tüstüsüz tütün məmulatları (məsələn, IQOS) vasitəilə qəbulu zamanı kanserogen maddələr yaranmır, çünki bu zaman tütün yandırılmır, əksinə qızdırılır.